Bu ay pullar daha tez ödənəcək: Tarix açıqlandı

Ünvanlı sosial yardım dekabr ayı üçün hər zamankından daha tez ödəniləcək.

Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, dekabr ayının sosial yardımları bayramla əlaqədar olaraq hər zamankından daha tez – dekabrın 22-nə kimi ödənilib yekunalaşacaq.

Qeyd edək ki, ünvanlı sosial yardım adətən ayın sonlarında – 25-indən sonra ödənilməyə başlanılırdı.

18.12.2023 15:57
91098