Bu axşam Türkiyə hökumətinin yeni tərkibi açıqlanacaq

Türkiyə səsvermənin başa çatması ilə yeni yola başlayıb, Türkiyə Yüz İli başlayıb.

Musavat.com-un Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bu axşam hökumətin yeni tərkibi açıqlanacaq: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.

03.06.2023 19:01
371