Bu avtomobillər BAHALAŞDI - VİDEO

Ölkəyə yeni gətirilən avtomobillərin bahalaşması müşahidə edilir. Nəqliyyat vasitələrinin qiyməti artıb və hazırda bazarda durğunluq yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, daşınma qiymətlərinin artması və digər amillər nəqliyyat vasitələrinin qiymətlərinə təsir edib. Ötən ayla müqayisədə avtomobil bazarında fəallıq aşağı düşüb.

Köhnə avtomobillərə gəlincə, ötən ay əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində artım daha çox hiss olunub.

Ekspert Eldəniz Cəfərov bildirib ki, bahalaşma müvəqqəti xarakter daşıyır. İli köhnə olan avtomobillərin utilizasiyası ilə bağlı qərarın təsdiqlənməsi ikinci əl avtomobil bazarında qiymətlərin enməsi ilə nəticələnəcək.

Eldəniz Cəfərov qeyd edib ki, alıcılar hazırda mühərrik həcminə görə seçim edirlər. Daha çox mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verilir.

Ekspert əlavə edib ki, bazarda durğunluq mövsümlə də əlaqədardır. Avqust-sentyabr ayında yenidən canlanma müşahidə olunacaq.

Daha ətraflı videomaterialda:

07.08.2023 08:14
3331