Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər.
Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.
Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.