BU AN! Ukraynanın HƏR YERİNƏ hücum başladı, ölkə DƏHŞƏT içərisində - Sülhəddin Əkbərlə CANLI

Oktyabrın 18-də gecə Rusiya ordusu Ukraynaya 135 PUA ilə hücum edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.

Məlumata görə, PUA-lar Kursk, Oryol və Primorsk-Axtarsk istiqamətindən göndərilib.

“Odessa, Sum, Çerkassk, Kiyev, Jitomir, Kirovoqrad, Çerniqov, Poltava, Xmelnitski, Rovensk, Xarkov, Xerson, Volın və Vinnitsa vilayətlərində 80 PUA vurulub, 44 PUA yoxa çıxıb, iki PUA Belarus istiqamətinə uçub, daha 10 PUA isə hələ də Ukraynanın hava məkanındadır”, - məlumatda qeyd olunub.

Ukrayna prezident Vladimir Zelenski Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, Ukrayna ya nüvə silahı istehsal edəcək, ya da NATO-ya üzv olacaq. Publika.az xəbər verir ki, Zelenskinin sözlərini Ukraynanın “Hromadske” nəşri sitat gətirib. “Kim nüvə silahından imtina etdi? Hamı? Xeyr, yalnız Ukrayna. Bu gün kim döyüşür? Ukrayna. Donald Trampla söhbətdə ona dedim: “Çıxış yolu nədir? Ya Ukraynanın nüvə silahı olacaq - bu, bizim üçün müdafiədir - ya da bizim hansısa ittifaqımız olmalıdır”. Bu gün NATO-dan başqa heç bir təsirli ittifaq tanımırıq”, - deyə Zelenski bildirib.

Dövlət başçısı əlavə edib ki, Kiyev nüvə silahının yaradılmasını deyil, Şimali Atlantika Alyansını seçib. “İnanıram ki, Donald Tramp bu məsələdə məni eşitdi. O dedi: “Sizin ədalətli arqumentləriniz var”, - deyə Zelenski əlavə edib.

“Bild” qəzetinin analitiki Julian Röpkenin sözlərinə görə, Zelenskinin bəyanatı Qərb jurnalistləri üçün “şok” olub. Onun sözlərinə görə, bir neçə ay əvvəl yüksək rütbəli ukraynalı məmur nəşrə nüvə silahı ilə bağlı planı təsdiq edib:

“Bizim materiallarımız var, biliyimiz var. Sifariş verilsə, ilk bombanı əldə etməyimizə cəmi bir neçə həftə lazım olacaq”.
Ukrayna rəsmisi deyib ki, Qərb “Rusiyanın qırmızı xətləri haqqında daha az, bizim qırmızı xətlərimiz haqqında daha çox düşünməlidir”.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Sülhəddin Əkbərdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

18.10.2024 11:06
468