Rusiyanın Murmansk vilayətinə növbəti dəfə PUA hücumu edilib.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Oleneqorsk rayonu ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən 2 PUA vurulub. Bildirilib ki, Murvaşa və Xibin aeroportlarında “Xalça planı” tətbiq edilib.
Hava hücumundan müdafiə sistemləri gecə ərzində Belqorod, Bryansk və Kursk vilayətləri üzərində beş ədəd PUA vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyevin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus 5 ədəd PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Turab Rzayevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: