Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisi üzərində üç saatdan az müddətdə 21 Ukrayna pilotsuz təyyarəsini vurub.
Bu barədə Rusiya MN məlumat yayıb.
Bildirilib ki, 21 PUA iyulun 26-sı, saat 21:00-dan 23:40-dək müddətdə məhv edilib. Tələfat və itkilərlə bağlı məlumat verilməyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert, tanınmış jurnalist Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com