BU AN: Ukrayna BOMBALADI, separatçı nazir məhv edildi - CANLI

Ukraynanın Lisiçanska endirdiyi zərbə nəticəsində qondarma "Luqansk Xalq Respublikası" nın fövqəladə hallar naziri həlak olub. Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçanskı raket atəşinə tutması nəticəsində "LXR"-in "fövqəladə hallar naziri" Aleksey Poteleşenko ölüb. Poteleşenkonun ötən ilin sentyabrından "respublika"nın FHN-nə rəhbərlik etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın fevralın 3-də HIMARS reaktiv raketləri ilə Luqanskın Lisiçansk şəhərində yerləşən çörək zavoduna hücum etməsi barədə məlumat yayıb. Bildirilib ki, raket hücumu nəticəsində biri uşaq olmaqla 28 nəfər həyatını itirib.

Ukrayna tərəfi isə çörək zavodunu deyil, qondarma rejimin FHN rəhbəri, 2014-cü ildə separatçılar tərəfə keçmiş Aleksey Poteleşenkonun olduğu restoranı vurduqlarını açıqlayıb.
Donetsk vilayətindəki Avdeyevkaya hücum başlayandan bəri Rusiya ordusu, Amerika kəşfiyyatının məlumatına görə, 13 min ölü və yaralı əsgərini, həmçinin 365 tankını və 700-ə yaxın zirehli texnikasını itirib”.

“The Washington Post” öz mənbələrinə istinadla bildirir ki, yanvarın sonunda Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı Ukrayna Prezidenti Volodimir Zelenskiyə itkilərin yerini doldurmaq üçün 500 min ukraynalını səfərbər etməyi təklif edib. Lakin Zelenski bundan imtina edərək izah edib ki, Kiyevin bu qədər səfərbər edilmiş insanları lazım olan hər şeylə təmin etmək üçün kifayət qədər vəsaiti yoxdur. Son olaraq, Zelenski ilə Zalujnı arasında narazılığın kökündə duran əsas məsələlərdən birinin məhz səfərbərliyin miqyası ilə bağlı olduğu bildirilir.

Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib. Aİ-nin Ermənistandakı mülki missiyası məlumat yayıb. Vilyam De Meyer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə edib, ermənilər onu durumla bağlı məlumatlandırıblar.

05.02.2024 15:00
1078