BU AN! Ukrayna 102 rus əsgəri ƏSİR GÖTÜRDÜ, Britaniyadan Ukraynaya İCAZƏ: “DAĞIDIN, MƏHV EDİN!”

Ukrayna 82 və 95-ci desant-hücum briqadalarını da Kurska göndərib.

Bu barədə “Forbes” yazıb. “Hava-desant qüvvələri ilə birlikdə Ukraynanın Kursdakı ordusu indi özündə altı cəbhə briqadasını, iki ayrı batalyonu və pilotsuz təyyarələrin, artilleriya, kəşfiyyat və xüsusi təyinatlıların dəstəkləyici hissələrini birləşdirir. Bu da ümumilikdə 15 minə yaxın hərbi qulluqçu edir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Kurska göndərilən briqada və batalyonlar cəbhənin Pokrovsk, Torez və Çasov Yar kimi digər aktiv sektorlarından köçürülür.
Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Kursk vilayətində 102 rus əsgəri əsir götürüblər.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, dünən keçirilən əməliyyat nəticəsində ukraynalı xüsusi təyinatlılar hər tərəfdən betonlanmış və yeraltı rabitə və şəxsi heyət üçün yaşayış yeri, yeməkxana, silah anbarı olan möhkəmləndirilmiş müdafiə məntəqəsini ələ keçiriblər.

Əsirlərin Rusiya Silahlı Qüvvələrinin 488-ci motoatıcı qvardiya alayının və “Əhməd” bölüyünün hərbçiləri olduqları bildirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

Qonağımız Odessada yaşayan jurnalist, diaspor fəalı Anar Natiqoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

15.08.2024 13:41
1455