Rusiya qoşunlarının Kursk vilayətindəki Ukrayna qüvvələrini məhv etmək üçün həyata keçirdikləri növbəti hücum cəhdi uğursuzluğa düçar olub.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, onlarla hərbi texnika və xeyli sayda canlı qüvvənin cəlb edildiyi hücum Ukraynanın nəzarətində olan Plexovo kəndi istiqamətində həyata keçirilib. Lakin bu qüvvələr əvvəlcə rusların özlərinin vaxtilə yaratdıqları tələyə düşüblər. Sonra isə Ukrayna PUA-larının və artilleriyasının zərbələrinə məruz qalıblar.
“Forbes” nəşri yazıb ki, kəndin yaxınlığında ruslar özləri tərəfindən yaradılmış iki əsas müdafiə strukturu - tank əleyhinə tələlərə, eləcə də xəndək və beton maneələr xəttinə ilişib qalıb.
Ukraynalı jurnalist Yuri Butusov isə “teleqram”da paylaşıb ki, Plexovo kəndi ərazisində Ukrayna 129-cu Ərazi Müdafiə Briqadasının PUA-ları “Rusiya işğalçılarına “dərs keçiblər” – onlarla zirehli texnikanı yandırıblar və düşmənin şəxsi heyətini məhv ediblər”.
Rusiya yenidən İran dronları ilə Ukraynaya kütləvi hücum edib. Məlumata görə, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 73 ədəd "Şahid" dronundan 67-ni zərərsizləşdirib.
Bildirilib ki, Ukrayna qüvvələri həmçinin bir ədəd "X-59/69" raketini də vurublar.
Qeyd olunub ki, Rusiya ordusu "Şahid" dronları ilə Ukraynanın Kiyev, Çerkassı, Vinnitsa, Kirovoqrad, Jitomir, Poltava, Çerniqov, Xarkov, Dnepropetrovsk və Nikolayev əyalətlərini hədəfə alıb.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupununn rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: