Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin sənaye zonasında əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə İsgəndər-M-lə zərbə endirib.
Bu barədə Rusiya MN məlumat yayıb.
“İsgəndər-M operativ-taktiki raket sisteminin ekipajı zərbə nəticəsində Xarkov sənaye zonasında yerləşən “Skorpion” tikinti şirkətinin binasında əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə raket zərbəsi endirib: 100 yaraqlı öldürülüb, onlardan 40-ı əcnəbi təlimatçı, 60-a yaxını Ukrayna Silahlı Qüvvələrinin 151-ci mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusudur”, - məlumatda bildirilib.
Qeyd edək ki, 23 iyulda Rusiya MN Xarkov vilayətinin Dərgəçi kəndində Qərb ölkələrindən olan təlimatçıların və muzdluların yerləşdiyi məntəqəyə İsgəndər-M sistemi ilə zərbə endirdiyini, 50 əcnəbi təlimatçının öldüyünü bildirmişdi.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.