BU AN! Etirazçılar Ermənistan-İran yolunu bağlayıb, Baqrat itaətsizliyə çağırdı – İrəvan QARIŞIR

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Bakı vaxtı ilə saat 18:30-da Respublika meydanında hökumət binası yaxınlığında mitinq çağırıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Saat 18.30-da biz buraya toplaşırıq”, - o bildirib.

Arxiyepiskop etirazçıları gün ərzində itaətsizlik etməyə çağırıb: “İtaətsizliyinizə davam edin, geri çəkilməyə yolumuz yoxdur”.

Qeyd edək ki, hazırda arxiyepiskopun rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvan universitetlərinə doğru gedir.

“Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı əsasında paytaxt İrəvan və bölgələrdə bir sıra avtomobil yolları bağlanıb.

Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeğeqnadzordan keçən hissəsi bağlanıb.

Eyni zamanda, bir qrup vətəndaş Ararat vilayətindən İrəvana girişi bağlayıb.

İrəvanda da bir qrup vətəndaş bəzi yollar bağlanıb.

Qeyd edək ki, bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda itaətsizlik aksiyaları başlayıb.

Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30 radələrində aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Politoloq Rizvan Hüseynov qonağımızdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

10.05.2024 13:38
992