BU AN! Ermənistan İstisuda ordumuza HÜCUM EDƏCƏK - Paşinyandan sensasiyalı açıqlama

“Ermənistan silahlı qüvvələrində islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda da müzakirə edilir. Deyirlər ki, Ermənistan sülh istəmir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənstanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan ordunu sürətlə silahlandırmalarını BMT Nizamnaməsinin “özünümüdafiə” prinsipi ilə ört-basdır etməyə çalışıb.

Əsas diqqət çəkən məqam onun Azərbaycanla müharibə edib-etməmək haqda dedikləridir. Paşinyan iddia edir ki, Azərbaycan ordusu Ermənistanın 200 kvadratkilometr ərazisinə daxil olub. Söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin bərpasından sonra ordumuzun nəzarət etdiyi ərazilərdən gedir. Ermənistan isə bu ərazilərin onlara “məxsus” olduğunu iddia edir, xüsusilə İstisu (Cermuk) istiqamətində ordumuzun mövqelərindən geri çəkilməsini istəyirlər.

Nikol bildirib ki, bu ərazilərin “azad olunması” üçün müharibə etməyəcəklər.

“Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir”, - o bildirib.

Paşinyanın bu çıxışı Ermənistanın sürətlə silahlandırılmasına haqq qazanmaq məqsədi daşıyır. Lakin bu, həm də Ermənistanın silahlandığının baş nazir səviyyəsində etiraf edilməsi deməkdir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da siyasi şərhçi Fikrət Yusifovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

18.09.2024 13:30
1228