BU AN! Brüsseldə Paşinyanla KRİTİK görüş keçirilir - İrəvana BÖYÜK PULLAR verildi - Savaş BAŞLANIR?

Ermənistan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.

“Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik”. Bunu isə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib. “Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır”, - Blinken deyib.

O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: “Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.

Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb. O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.

Paralel olaraq Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. “Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər”, - Azərbaycan Prezidenti bildirib.

Onun sözlərinə görə, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. “Buna görə biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”, - Azərbaycan Prezidenti bildirib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Real Partiyasından Natiq Cəfərli və Azad Vətən Partiyasının sədri Akif Nağı ilə Brüsseldə gedən danışıqları dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

05.04.2024 15:49
1627