Bu amillər qeyri-neft ixracatında artıma səbəb olub

“2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq, 755,4 milyon dollar olub”.

Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov bildirib.

Vüqar_Bayramov.jpg (3.90 MB)

O qeyd edib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi:

“Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı, aqrar məhsulların ixracatının çoxalması də təsir göstərib. Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiyaya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

21.10.2024 15:26
271