BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

COP29 çərçivəsində təqdim olunacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O qeyd edib ki, üzv dövlətlər rəqəmsal transformasiya və davamlılığın birlikdə getməli yol olduğunu anlayırlar: "Buna görə də, qərara gəlinib ki, davamlı rəqəmsal transformasiya BTİ-nin iki strateji hədəfindən biri olsun. Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyük alıcıları arasındadır və bəziləri artıq 100 % bərpa olunan elektrik enerjisindən istifadə edirlər. Eyni zamanda, BTİ-nin Yaşıllaşdırıcı Rəqəmsal Şirkətlər hesabatında göstərildiyi kimi, texnoloji sektorun ətraf mühitə təsiri şəbəkə xidmətləri və məlumatların saxlanmasına qlobal tələbatın artması səbəbindən artır”.

Bundan başqa, qonağın sözlərinə görə, COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

16.11.2024 10:40
112