Brüsseldə “Audi” zavodu bağlanır, işçilər etiraz edir



Belçikanın paytaxtında minlərlə nümayişçi sentyabrın 16-da “Audi” avtomobil zavodunun bağlanması təhlükəsi ilə bağlı etiraz aksiyası keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” özünün törəmə şirkəti “Audi”nin Belçikadakı istehsalını dayandıra biləcəyini açıqlayıb. “The Brussels Times”ın press-relizinə görə, “Audi” Brüsseldə uzunmüddətli istehsalın artıq planlaşdırılmadığını təsdiqləyib.

Həmkarlar ittifaqlarının məlumatına görə, 10 mindən çox, polisin məlumatına görə, təxminən 5,5 min insan küçələrə çıxıb. Zavodun işçilərindən birinin plakatında "Bizim həyat - konveyer deyil" yazılıb.

"Biz işsiz, pulsuz və perspektivsiz qalacağıq", - “Audi” şirkətinin əməkdaşı AFP agentliyi ilə söhbətində deyib.

Belçika həmkarlar ittifaqları zavodun bağlanmasının Brüsseldə 3000-ə yaxın iş yerinin itirilməsinə səbəb olacağından qorxurlar. Həmkarlar ittifaqlarının nümayəndələri təkcə konsernin rəhbərliyini deyil, həm də Avropa İttifaqının hakimiyyət orqanlarını tənqid ediblər.

Əvvəllər “Volkswagen” Almaniya da daxil olmaqla zavodların bağlanmasını və işçilərin ixtisarını istisna etmirdi.

Almaniyanın federal kansleri Olaf Şolts “Volkswagen” şirkəti ilə bağlı vəziyyəti şərh edib. O, Özbəkəstanda olarkən Maqsut Narıkbayev Universitetində mühazirə zamanı tələbələrdən biri şirkətdə son vaxtlar iş yerlərinin ixtisarı ilə bağlı sual verib və bunun “Volkswagen”in mövcud olduğu 87 il ərzində ilk dəfə olduğunu qeyd edib.

Musavat.com

17.09.2024 10:28
452