Böyük Britaniyanın müdafiə sənayesi nəhəngi BAE Sistems silah istehsalına dair 84 milyard dollarlıq sifariş alıb.
Musavat.com The Times-a isrtinadən xəbər verir ki, şirkət 2023-cü il üçün Çexiya ilə döyüş maşınlarının tədarükünə dair 2,3 milyard dollarlıq, Britaniyanın atom sualtı donanmasının modernləşdirilməsi proqramı çərçivəsində silah və avadanlıqlar üçün 3 milyard dollarlıq müqavilələr imzalayıb.
Səudiyyə Ərəbistanı ilə Typhoon qırıcılarına xidmət üzrə müqavilənin dəyəri isə 4,7 milyard dollar təşkil edir. Britaniya hökumətindən 155 mm-lik artilleriya mərmiləri və digər sursatların istehsalına dair sifarişin dəyəri 360 milyon dollardır. Şirkətin maliyyə direktoru Bred Qriv bildirib ki, bütün dünyada silah istehsalı Ukrayna müharibəsindən ciddi təsirlənib: Çoxsaylı ölkələrin hökumətləri müdafiə sektorunu digər sahələrdən önə çəkərək onu prioritet ediblər. Müdafiə proqramlarının reallaşma sürəti artırılır”.
Musavat.com