Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizi Müstəqilliyin bərpası günü münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, səfir bu barədə X-da paylaşıb edib.
“1991-ci ilin 18 Oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, deyə diplomat yazıb.
Nigar HƏSƏNLİ,
Musavat.com