Britaniyalı qız göz linzasına görə kor olub

23 yaşlı britaniyalı Bruklin Makkasland kontakt linzaların düzgün taxılmaması səbəbindən sağ gözündən kor olub.

Musavat.com xbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Qız jurnalistlərə bildirib ki, dənizdə çimərkən kontakt linzalarını çıxarmayıb. Dəniz suyunda olan bakteriya göz ilə linza arasına düşüb. Bir ay sonra Bruklin oftalmoloqa gedib və gözündəki qəribə hisslərdən şikayətlənib.

Həkim onun infeksiyaya yoluxduğunu söyləyib. İki aylıq müalicədən sonra vəziyyət yalnız pisləşib. Həkimlər gözdəki şiddətli ağrının nədən qaynaqlandığını anlaya bilməyiblər. Daha sonra onun görmə qabiliyyəti azalıb, daha sonra qızın bir gözü kor olub. Həkimlər sonda yüz min adamdan ikisində rast gəlinən nadir göz infeksiyası olan Acanthamoeba keratit diaqnozu qoyublar.

Musavat.com

30.10.2024 13:56
448