Britaniyalı qadın eyni uşağı iki dəfə dünyaya gətirdi - FOTO

Böyük Britaniyada nadir bir hadisə baş verib. Ölkənin 23 yaşlı sakini oğlunu iki dəfə dünyaya gətirməli olub.

Bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, həkimlər hamiləliyin erkən mərhələsində dölə onurğada yırtıq (Spina bifida) diaqnozu qoyublar. Xəstəliyin irəliləməsinin qarşısını almaq üçün hamiləliyin altıncı ayında britaniyalı qadına mürəkkəb əməliyyat aparılıb - həkimlər dölu çıxarıb, qüsurun bir hissəsini düzəldib və uşağı sonrakı bətndaxili inkişaf üçün yenidən bətnə yerləşdiriblər.

Körpənin ikinci dəfə dünyaya gəlişi isə 38-ci həftədə baş verib. Bu dəfə doğulmuş körpə reanimasiya şöbəsində 8 gün qalıb və daha bir neçə əməliyyat keçirib.

Həkimlərin proqnozlarına görə, diaqnozu səbəbindən uşaq heç vaxt gəzməyə bilərdi. Bununla belə, valideynlərin səyləri və intensiv fizioterapiya sayəsində körpə bir il ərzində əhəmiyyətli uğurlar əldə edib. Bu, oğlanın gələcəkdə müstəqil gəzə biləcəyinə ümid verir.

Qeyd edək ki, Böyük Britaniyada hər il təxminən 600 uşaq onurğada yırtıqla doğulur. Lakin uşağın iki dəfə doğulması olduqca nadir hadisədir./oxu.az

15.09.2024 02:48
1153