Britaniyanın müdafiə naziri Qrant Şapps Ukraynaya səfərini Britaniya kəşfiyyatının Rusiya Federasiyasının onun Odessaya səfər etmək niyyətindən xəbərdar olması barədə məlumatından sonra dayandırıbmış.
Musavat.com xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.
Məlumata görə, Şapps Ukrayna Silahlı Qüvvələri üçün 10 mindən çox pilotsuz təyyarə almaq üçün 325 milyon funt sterlinq ayrıldığını elan etmək üçün martın 7-də Kiyevə gəlib. Britaniya nümayəndə heyətinin tərkibinə Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Toni Radakin də daxil imiş.
Odessa səfəri martın 8-də baş tutmalıymış. Qrant Şappsın gəlməsi planlaşdırılan gündən bir gün əvvəl rus ordusu şəhəri raketlə vurub. Bu səbəbdən də səfər təxirə salınıb.
Musavat.com