Britaniyadan Ukraynaya növbəti DƏSTƏK

Ukrayna Böyük Britaniyadan yüksək dəqiqlikli “Brimstone-2” raketləri alıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi raketlərin yola salınmasına dair video paylaşıb. Bildirilib ki, 1 raketin dəyəri 175 000 funt-sterlinqdir. Lazer tuşlama sistemli silahlar hədəfi 60 kilometrədək məsafədən məhv edə bilir.

27.11.2022 23:19
728