Böyük Britaniyanın ən çox axtarılan şəxslərindən biri olan Riçard Borovs Tailanddan Londona qayıdarkən Hitrou hava limanında həbs edilib.
AZƏRTAC “Independent”ə istinadən xəbər verir ki, 80 yaşlı Riçard Borovs uşaqlara qarşı cinsi istismar və zorakılıqda ittiham olunur. O, 1997-ci ilin dekabrında “Chester Crown” məhkəməsinə gəlmədiyi üçün 27 il idi ki, Çeşir polisi tərəfindən axtarılırdı.
Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri
London