Britaniya və ABŞ HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya və ABŞ HƏMAS-la Fələstin İslami Cihad Təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.

Bununla bağlı Böyük Britaniya Nazirlər Kabinetinin rəsmi saytında bəyanat dərc edilib.

Bəyanatda deyilir ki, sözügedən təşkilatları təcrid etmək məqsədi daşıyan sanksiyalar HƏMAS və “İslami Cihad”-ın rəhbər şəxsləri ilə yanaşı, həmin terror qruplarına maliyyə dəstəyi göstərənlərə şamil edilir.//APA

13.12.2023 22:06
312