Britaniya silahlanır: Müdafiə xərclərinə rekord artım

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin hərbi büdcəsində ciddi artım ediləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Starmer rəsmi bəyanatla çıxış edib.

O bildirib: “Biz müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə çatdırmaq qərarı verdik — bu, "Soyuq müharibə"dən bəri ən ciddi və dayanıqlı artımdır”.

Bu addım Britaniyanın beynəlxalq təhlükəsizlik sahəsində artan gərginliklər fonunda hərbi gücünü gücləndirmək strategiyası kimi dəyərləndirilir.

Yeni plan çərçivəsində milyardlarla funt sterlinqin müdafiə sənayesinə yönəldiləcəyi gözlənilir.

Musavat.com

02.05.2025 14:54
272