Britaniya şahzadəsi gizli şəkildə Ukraynaya GETDİ

Şahzadə Harri Ukraynaya gözlənilmədən səfər edib.

Musavat.com xəbər verir ki, o, səfəri zamanı Lvovda yerləşən və müharibədə yaralanmış hərbçilərin müalicəsi ilə məşğul olan Superhumans Centre klinikasını ziyarət edib.

Məlumata görə, klinika yaralı əsgərlərə pulsuz olaraq protezləşmə, rekonstruktiv cərrahiyyə və psixoloji yardım göstərir.

Şahzadənin səfəri tam məxfi saxlanılıb və bu barədə ictimaiyyətə yalnız onun Ukraynanı tərk etməsindən sonra məlumat verilib. 

 

Musavat.com

11.04.2025 00:09
359