Britaniya İranın Kosmik Agentliyinə və 6 İran rəsmisinə qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə Azad İran telegram kanalı məlumat yayıb.
Məhdudiyyətlərə Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.
Səbəb sanksiyaya məruz qalan hərbi liderlərin “İsrailin rifahını və ya təhlükəsizliyini pozmağa yönəlmiş fəaliyyətlərlə məşğul olmaları” olub.
İranın “Fərzanegan” konstruktor bürosuna və onun baş mühəndisi Hüseyn Purfərzaneyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Musavat.com