Britaniya ilk dəfə Azərbaycana hərbi attaşe TƏYİN ETDİ

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi leytenant Gevin Tarbard təyin edilib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, bu təyinat iki ölkə arasındakı tərəfdaşlığın gücləndiyini göstərir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək:

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək".

Bu addım Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

14.03.2025 10:47
486