Böyük Britaniya Gürcüstanda insan haqlarının pozulmasında ittiham olunan daha dörd yüksək vəzifəli məmura qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
"Qara siyahı"ya daxil edilənlər: Daxili İşlər Nazirliyinin (DİN) müavini Şalva Bedoidze, DİN-in xüsusi tapşırıqlar departamentinin rəis müavini Mirza Kezevadze, xüsusi istintaq xidmətinin rəhbəri Karlo Katsitadze, baş prokuror Georgi Qabitaşvilidir.
Tətbiq edilən məhdudiyyətlər Birləşmiş Krallıq ərazisinə giriş qadağasını, həmçinin aşkar ediləcəyi təqdirdə Böyük Britaniyada olan aktivlərin dondurulmasını nəzərdə tutur.