"Briqada" serialının ulduzu Baydeni canlandıracaq

Rusiyada ABŞ-nin hazırkı Prezidenti Co Bayden haqqında serial çəkilir.

Co Baydeni aktyor - "Briqada" serialının ulduzu Dmitri Dyujev canlandıracaq.

Serialın süjet xəttinə əsasən, Co Bayden Rusiyaya qarşı tətbiq edilən sanksiyaların niyə nəticə vermədiyini anlamağa çalışır.

Beləliklə, o, başqa adla Rusiyaya uçur və bununla da serialda əsas hadisələr cərəyan etməyə başlayır.

Serialın ekranlara çıxacağı tarix açıqlanmayıb.

 
27.08.2024 21:12
349