Brilliant təşkilatçıdan gileyləndi: "Qiymətlər bahadır"

Xalq artisti Brilliant Dadaşova 8 mart-da Bakı Konqres Mərkəzində solo konsertinin bilet qiymətindən gileylənib.

Musavat.com xəbər verir ki, yalnız hitlərdən ibarət "Best of Brilliant" adlı konsertinə biletlərin 50-500 azn arası olması sənətçinin narazılığına səbəb olub.

O, təşkilatçıdan gileylənib və konsertinə biletlərinin baha qoyulduğunu bildirib.

Könül
Musavat.com

24.02.2025 15:07
750