Brilliant Dadaşova Rəhimin dəfnində niyə iştirak etməyib?

Xalq artisti Brilliant Dadaşova sentyabrın 30-da dünyasını dəyişən mərhum müğənni-bəstəkar Rəhim Rəhimlidən danışıb.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, “Maqazin plus”a müsahibə verən sənətçi həmkarının dəfninə qatılmamasının səbəbini açıqlayıb:

“Onun dəfnində olmadım, çünki Bakıda deyildim. İnsanın gedib-getməməsiylə deyil. Qəlbimiz onunla döyünür. Sonuncu dəfə Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm, tanıya bilməmişdim, çox təəssüfləndim. Rəhimlə “salam-əleykimiz” vardı. O, çox istedadlı bir insan idi. Çox sevirdim onu. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun”.

08.11.2022 21:43
1638