Brilliant Dadaşova ilə Lalə Məmmədova barışdı

İllərdi küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova nəhayət ki, barışıblar.

Musavat.com bildirir ki, bu barədə sənətçi Murad Arif sosial şəbəkədə video görüntü paylaşıb.

Əməkdar artist Lalə Məmmədova Murad Arif və digərləri ilə birlikdə Xalq artistinin olduğu məclisə gəlib. Xalq artistinə gül dəstəsi verərək, barışan Lalə Məmmədova qeyd edib:

"Brilliant Dadaşova böyük sənətkarımızdır, biz hamımız ondan öyrənmişik. Mən bu barışığa çox rahat gəldim, çünki Brilliant Dadaşovanın böyüklük edəcəyinə inanırdım".

Onların barışığı alqışlarla qarşılanıb. Daha sonra Murad Arif və Lalə Məmmədova ifalar edib.

Qeyd edək ki, məclisdə Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova, həyat yoldaşı Ədalət Hacıyev də iştirak edib.

Xatırladaq ki, B.Dadaşova görünüşcə ona bənzədilən L.Məmmədova ilə danışmırdı. İfaçılar dəfələrlə bir-birinin ünvanına qalmaqallı açıqlama vermişdi.

Xalidə Gəray
Musavat.com

 

16.09.2023 09:38
1445