Brilliant: “Avtomatla hədəfi necə vurduğumu görəndə üzləri qaraldı” - VİDEO

Xalq artisti Brilliant Dadaşova 32 illik xatirəsini danışıb.

OLAY yazır ki, “Gül kimi” şousuna qonaq olan sənətçi illər əvvəl silahdan atəş açdığını dilə gətirib:

“1991-ci il idi. Türkiyədən qonağımız gəlmişdi. Azərbaycan müvəqqəti yaşamaq üçün icazə almağa 8-ci kilometrdəki polis bölməsinə getdik. Polis iadrəsinin qarşısında gördüm ki, iki nəfər mülki geyimdə içki qablarını qoyub “UZİ” markalı avtomat tapançandan atəş açırdılar. Amma vura bilmirdilər. Mən də uşaqlaıqdan “Tir”-lərə çox getmişəm. Xoşum gəlirdi. Onsuzda çöldə gözləyirdik. Onlara yaxınlaşdlm və mən də yoxlamaq istədiyimi dedim. Bildirdilər ki, silahın nişangahı əyridir. Düzülən 5 içki qabının hamısını vurdum. Silahı qaytaranda isə nişangahda problem olmadığını bildirdim. RƏngləri qap-qara olmuşdu”.

23.09.2023 00:19
1255