"Brend almaqla brend olmursunuz".
Musavat.com bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə dəblə bağlı fikirlərini bölüşərkən deyib.
Sənətçi qeyd edib ki, yaxşı görünmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur:
"Öz bədəninizi tanıyıb, nəyi nə ilə, hara geyinməyi bilirsizsə, zövqünüz varsa, çox ucuz geyimlər alıb, gözəl görünə bilərsiz. Brend almaqla brend olmursunuz. Onu siz daşıyırsız, siz gözəl edirsiz. Alın geyinin, amma daşıya bilin”.
Xalidə,
Musavat.com