Hollivud ulduzu Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Zahara universitetə qəbul olub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, tələbə yataqxanasına yazılan Zaharanın atasının Pitt soyadını istifadə etməməsi gündəm olub.
Məlumata görə, Spelman Kollecində təhsil alan Zahara Coli-Pitt "Alpha Kappa Alpha" adlı tələbə qızlar birliyinə qoşulub. Birliyə qoşulma mərasimində çıxış edən Zaharanın videosu sosial mediada qısa zamanda böyük marağa səbəb olub.
Belə ki, o, çıxışında "Mənim adım Zahara Marleydir" deyərək təqdim etdiyi soyadı ilə böyük diqqət çəkib.
Qeyd edək ki, Ancelina Coli 2005-ci ildə Zaharanı Efiopiyadakı uşaq evindən övladlığa götürüb. Bir il sonra Colinin o vaxtkı sevgilisi Bred Pitt Zaharanın adının yanına soyadının əlavə olunmasını xahiş edib. Birlikdə altı uşaq böyüdən cütlük 2016-cı ildə boşanacaqlarını açıqlayıb.
Coli və Pitt arasında qəyyumluq və mülkiyyət davaları uzun müddətdir davam etsə də, uşaqlarının hansı tərəfə gedəcəyi maraq doğururdu.
Musavat.com