Bred Pitt qızı ilə münasibətdən narahatdır

Hollivud aktyoru Bred Pitt qızı Şilo ilə münasibətlərinin pis olmasından narahatdır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Us Weekly" məlumat yayıb.

Aktyora yaxın mənbə bildirib ki, Bred qızı Şilonun 18 yaşı tamam olduqdan sonra Pitt soyadından imtina etməsi ilə barışmır.

Xatırladaq ki, bir müddət əvvəl, aktyorlar Ancelina Coli və Bred Pittin qızı Şilo 18 yaşında atasının soyadından imtina etmək üçün sənədlər təqdim edib. Şilo mayın 27-də ad dəyişmə prosesinə başlayıb və indi Coli soyadını almağı planlaşdırır.

Ancelina Colinin 15 yaşlı qızı Vivienne və 19 yaşlı qızı Zahara da buna bənzər addım ataraq atası Bredin soyadından imtina etmişdi.

Ancelina və Bred 2019-cu ildə rəsmi olaraq boşanıblar.

Qeyd edək ki, onlar 2005-ci ildə "Mister və Missis Smit" filminin çəkilişində tanış olublar.

13.06.2024 23:52
911