Braziliyanın sabiq prezidenti korrupsiyaya görə həbs edilib

Braziliyanın keçmiş prezidenti Fernando Kolor di Melu korrupsiya işi ilə bağlı 8 il 10 ay həbs cəzasına məhkum edilib.

Azpost.info xəbər verir ki, Braziliyanın Ali Məhkəməsi 73 yaşlı keçmiş dövlət başçısını rüşvətxorluq və çirkli pulların yuyulmasında təqsirli bilib.

Məhkəmə sübut edib ki, 2010-2014-cü illərdə prezidentlikdən getdikdən sonra Senatın üzvü olan Kolor de Melu neft şirkəti “Petrobras”ın törəməsi olan “BR Distribuidor” enerji şirkətindən külli miqdarda rüşvət alıb.

Melu hökmdən şikayət verə bilər.

01.06.2023 19:33
411