İstanbulda karqo təslimatı bəhanəsi ilə əlaqə saxlayan şübhəli iş yerinin qarşısında tanış olduğu braziliyalı model Diogo da Silva Joaquim-ə hücum edib.
Musavat.com xəbər verir ki, braziliyalı model ayağından və qolundan güllə yarası alıb, şübhəli isə hadisə yerindən qaçıb.
Təhlükəsizlik kamerasına əks olunan hücumla bağlı danışan braziliyalı model, "Türkiyədə belə bir şey yaşadığıma təəccüblənirəm" deyib.
Polis qrupları hələ də şübhəlinin tutulması üçün iş aparır.
Musavat.com