Braziliyada polis futbolçuya atəş açıb - VİDEO

Braziliyanın həvəskar futbol liqasında oyun zamanı xoşagəlməz hadisə baş verib.

İdman.biz xəbər verir ki, matçın gedişində oyunçuları arasında yaranan münaqişəni sakitləşdirməyə çalışan polis əməkdaşı gözlənilməz addım atıb.

O, futbolçunun ayağına atəş açıb. Xoşbəxtlikdən polis məmuru bunu rezin güllələr olan silah ilə edib. Görüntülər anbaan həvəskar kamera ilə lentə alınıb.

11.07.2024 21:00
1087