Braziliya prezidenti Luiz İnasio Lula da Silva 22-24 oktyabrda Kazanda keçiriləcək BRİKS sammitinə getməyəcək.
Musavat.com xəbər verir ki, buna səbəb Braziliya prezidentinin evdə kəllə-beyin travması aması göstərilir. Bildirilir ki, həkimlər ona xarici səfərlərini ləğv etməyi tövsiyə ediblər.
G1-in məlumatına görə, prezident baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, Braziliya rəhbəri Kazanda keçiriləcək BRİKS sammitinə səfərini ləğv edib, lakin tədbirdə videokonfrans vasitəsilə iştirak edəcək.
Xatırladaq ki, tərəflər Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Braziliya lideri arasında görüşə hazırlaşırdılar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə medianın sualına cavab olaraq, Braziliya prezidentinin BRICS sammitinə səfərinin ləğvinin Putinin G20-yə getməmək qərarı ilə bağlı ola biləcəyini istisna edib.
Musavat.com