Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın və nazirlərin olduğu təyyarə 4 saatdan çox havada qalıb.
Məlumata görə, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.
Bu barədə Musavat.com xarici KİV-ə istinadən xəbər verir.
Versiyalardan birinə görə, təyyarənin turbininə quş girib.
Təyyarə 4 saat 58 dəqiqədən sonra Mexiko hava limanına enib və Braziliya lideri Meksikaya yeni prezident seçilən Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edib.
Şahanə Rəhimli,
Musavat.com