Braziliya liderindən ABŞ xalqına müraciət: “Trampı həbs edərdik!” - VİDEO

Braziliya prezidenti Luis İnasiu Lula da Silva ABŞ lideri Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitoli təpəsində baş verən hadisələrlə bağlı məsuliyyət daşımalı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, ABŞ-ın demokratik dəyərləri qorumaq üçün bu cür hallara qarşı sərt tədbir görməli olduğunu da bildirib.

“Amerika xalqına müraciət etmək istəyirəm. Əgər Tramp braziliyalı olsaydı və Kapitoliyə edilən hücuma görə məsuliyyət daşısaydı, Braziliyada çoxdan məhkəmə qarşısına çıxarılıb və həbs olunmuşdu”, – deyə dövlət başçısı vurğulayıb.

Musavat.com

19.07.2025 23:18
635