Braziliya Elon Maskın şəbəkəsinə ❌ qoydu

X sosial şəbəkəsi Braziliyada bloklanıb.

Musavat.com "The Washington Post"a  istinadla xəbər verir ki, bu qadağanı VPN proqramları ilə aşmaq istəyənləri də ağır cəzalar gözləyir. Belə ki, VPN istifadə edərək qadağadan yayınmağa çalışan hər hansı bir şəxs və ya şirkət hər gün üçün 8,800 dollar cərimələnəcək.

Bloklama qərarı sosial şəbəkənin və onun sahibi Elon Maskın məhkəmə qərarlarına - xüsusən də ölkədə rəsmi nümayəndənin təyin edilməsinə əməl etməməsi ilə bağlıdır.

Məqalənin linki burada

Musavat.com

31.08.2024 11:06
262