BQXK Qarabağdan 10 “xəstə”ni Ermənistana apardı

Qarabağdan daha bir qrup şəxs müşayiət edən şəxslərlə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Ermənistan Respublikasının ixtisaslaşmış tibb mərkəzlərinə aparılıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. “Xəstəlik” adı ilə Qarabağdan gedən şəxslərin sayı 10 nəfərdir.

Ermənilər yaydıqları bu məlumatla “blokada” nağılının üstündən növbəti dəfə xətt çəkiblər.

Musavat.com

07.09.2023 14:47
374