BQXK-nın Xankəndi ofisi köçürüldü

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

Musavat.com xəbər verir ki, bu barədə cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:

"Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək".

08.04.2024 12:57
1090