BQXK-nin avtomobilləri Xankəndi istiqamətinə hərəkət edir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir.

Belə ki, BQXK-yə məxsus avtomobillər (2 minik və 1 yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.

Avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.//report.az

 

18.09.2023 08:25
920