Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəmizdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobil karvanı keçib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Avtomobillərin sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş tutub.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.