BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Musavat.com-un "APA-Economics"ə istinadla məlumatına görə, bu vəzifəyə Kolin Alan seçilib.
Qeyd edək ki, Kolin Alan 2014-2016-cı illərdə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə, 2015-2019-cu illərdə isə "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə meneceri vəzifələrində çalışıb.